USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtaliyalı rejissor-ssenarist Françesko Bruni ilə görüş keçirilib

Bakıda keçirilən “İtaliyan dili həftəsi” çərçivəsində tanınmış italiyalı rejissor, ssenarist Françesko Bruni ilə görüş keçirilib.

“Park Cinema Flame Towers”də keçirilən görüşdə Françesko Bruni ilə yanaşı İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari iştirak edib. Səfir çıxışında bildirib ki, Bakıda  keçirilən “İtaliyan dili həftəsi”nin maraqlı və yaddaqalan olmasını üçün Françeko Bruniyə dəvət göndərmişik.

Françesko Bruni Bakıda olduğu üçün məmnunluğunu bildirdi:

“Təəssüratlarım çox yüksəkdir. Bakı çox gözəl və geniş şəhərdir. Həm də müasirdir. Mən burada bir  film çəkmək və ya  hansısa bir azərbaycanlı rejissora İtaliyada işləməyə kömək edə bilərəm. Mən mədəniyyət sahəsində  körpüləri çox sevirəm. Mənim üçün  işlədiyim yerin  mədəniyyətini və dilini bilmək çox vacibdir. filmi çəkməmişdən öncə bir neçə dəfə bura gedib gəlməliyəm”.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə  italiyalı rejissor sualları da cavablandırıb. Daha sonra rejissorun “İstədiyin hər şey” adlı ekran əsəri nümayiş olunub.

Filmdən sonra İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə həmsöhbət olub, filmlə bağlı təəssüratlarını öyrəndik:

“Film çox gözəldir. Mən düşünürəm ki, bizim həyatımız fərqli görüşlərdən ibarət olmalıdır. Bəzən cavanlar haqda düşünürük ki,onlar heç nəyi bacarmırlar. Amma bu film onu göstərdiki  bir  şəxsiyyətlə tanış olanda onlar həqiqtən dəyişməyə qadirdirlər.”

Qeyd edək ki,  “İstədiyin hər şey” filmi “Ən yaxşı ssenari” üzrə mükafata layiq görülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!