USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi ilə bağlı ərizə qəbulunun vaxtı açıqlanıb

“Mövcud qaydalara əsasən, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə iştirak etmək üçün namizədlər iyun ayının 1-dən 12-nə kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün namizədlər isə iyul ayının 1-dən 17-nə kimi elektron ərizə ilə müraciət etməlidirlər”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin böyük məsləhətçisi Murad Camalzadə deyib. O bildirib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə hazırda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində daimi əsaslarla çalışan müəllimlər, müəllimlərin işə qəbulu üzrə müsabiqədə isə ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji ixtisaslar üzrə başa vuran və təhsil haqqında dövlət sənədi almış və hazırda müddətsiz müqavilə ilə çalışmayanlar və yaxud müddətli müqavilə ilə çalışan şəxslər iştirak edə bilərlər.

M. Camalzadə qeyd edib ki, hər iki müsabiqə ilə əlaqədar vətəndaşların miq.edu.az saytına daxil olmaqla elektron ərizə ilə müraciət etməklə bərabər, müsabiqəyə çıxarılan vakant yerlərlə, müsabiqənin keçirilmə qaydaları ilə də tanış olmaq imkanı var. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!