USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Sovetski"də indiyədək 4000-ə yaxın tikili sökülüb

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində I mərhələdə 26 hektarda yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

ASAN Radionun məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda deyilir.

Layihənin icrasına uyğun olaraq, Yasamal rayon İcra Hakimiyyətini köməyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 3827 yaşayış və qeyri-yaşayış sahəsi tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib.

"Sovetski" kimi tanınan ərazidə birinci mərhələdə 40 hektar ərazi boşaldılaraq, 6 hektar ərazidə 7,1 km uzunluğunda, asfalt-beton örtüyünün sahəsi 87,6 min kv.m təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb və mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri layihəyə uyğun olaraq başa çatdırılıb və ölkə başçısının iştirakı ilə avqustun 14-də ikinci mərhələnin açılış mərasimləri keçirilib.

İlk dəfə olaraq “Azəravtoyol” ASC şəhər əhəmiyyətli bu layihədə bütün yeraltı kommunikasiyaların (su, kanalizasiya, yağış kanalizasiyası, qaz, rabitə, elektrik və s.) tikintisini aidiyyəti qurumlarla razılaşdıraraq yerinə yetirib. Belə ki, uzunluğu 5,7 km, d=300-800 mm olan drenaj xətti çəkilib, onun üzərində 149 ədəd quyu tikilib. Uzunluğu 1,5 km, dərinliyi 7-8 m, d=600-800 mm təşkil edən Mərkəzi Kanalizasiya Kolektoru tikilib. Bu kollektor üzərində 2,5x2,5x5 m ölçülü monolit dəmir beton quyular tikilib. Uzunluğu 2,6 km qaz xətti, 5,7 km olan su xətti və gələcəkdə abadlaşdırılmış ərazidə lüzumsuz qazıntılar aparılmaması üçün, en kəsiyi 80x100 sm olan 510 m uzunluğunda ehtiyat keçidlər tikilib.

Yol tikinti meydançalarında 340 min kubmetr qaya qruntu qazılaraq ərazidən daşınıb, əvəzinə 270 min kubmetr karbonat daşınaraq yol əsasının alt qatının tikintisində istifadə olunub.

Yol əsasının üst layının tikintisi üçün 36,4 min kubmetr qum-qırmadaş qarışığından istifadə olunub. Yolların kənarına 11,4 km səki daşı düzülüb, yeni tikilən səkilərdə 22,8 min kv.m sahəyə tamet daşları döşənib.

Bundan başqa, 9 ədəd avtobus dayanacağı quraşdırılıb.

Bu yollara 3 laydan ibarət (8+7+5) 20 sm qalınlığnda 42,0 min ton asfalt-beton döşənib.

Yolların işıqlandırılması məqsədilə - 564 ədəd müasir işıq dirəklərindən istifadə edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!