USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir

Oktyabrin 24-də Bakıda “Boulevard Hotel”də “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans keçirilir. Tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

ASAN Radio xəbər verir ki, “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində keçirilən konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu layihənin əsas komponentlərindən birinin məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması olduğunu bildirib. Qeyd olunub ki, layihənin əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınması, eləcə də istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.

Layihə çərçivəsində gender əsaslı zorakılıqla səmərəli mübarizə məqsədilə dəlillərə əsaslanan müdaxilə strategiyalarının hazırlanması üçün regionun ilk Məişət zorakılığı üzrə Məlumat Bankının təqdimatı keçirilib.

Digər çıxış edənlər gender əsaslı zorakılığın qarşısının alınmasının, cavab tədbirlərinin görülməsinin və bu istiqamətdə atılan addımların vacibliyini vurğulayıblar.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!