USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”

Amerikalı jurnalist Nurit Qrinqerin “The Jerusalem Post”da “ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”” adlı məqaləsi dərc olunub.  

Nurit Qrinqer Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzində olub və məqaləsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə unikal bir yanaşma olduğunu bildirib.

Bundan başqa məqalədə mərkəzlərin vətəndaş və dövlət qulluqçusu arasında körpü rolu oynadığı, korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb. 

Hazırda mərkəzlərdə vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən  xidmətlərlə yanaşı özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmətlərin təqdim olunduğu bildirilib. Həmçinin 10 avtobus  və qatar vasitəsi ilə ASAN mərkəzlərinin olmadığı regionlarda səyyar formada vətəndaşlara xidmət göstərilməsindən bəhs olunub. 

Məqalədə “ASAN xidmət” modeli və onun uğurlarına toxunularaq 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusilə qeyd olunub. 

Eyni zamanda məqalədə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyətindən də bəhs olunub. 

Mənbə:http://www.jpost.com/Blogs/Think-With-Me/Social-Services-Disney-World-is-ASAN-in-Azerbaijan-508106  

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!