USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qalmaqallı “Matilda” filmi Bakıda nümayiş olunur

Premium kinoteatr “CinemaPlus 28 Mall”da qalmaqallı tarixi dram olan “Matilda” filminin dünya premyerasından 3 gün öncə nümayişi başlayıb.

Ssenarinin hazırlanmasında aralarında ABŞ və Fransadan olan 10-dan çox ssenarist iştirak edib. Paltarların hazırlanmasına 17 tondan çox parça sərf olunub, cəmi isə 5 min geyim hazırlanıb.

Rejissor Aleksey Uçitel.

Rollarda Mixalina Olşanska, Lars Aydinger, Luiza Volfram, Danila Kozlovskiy və b.

Xatırladaq ki, ruslar sonuncu çarlarının bir balerina ilə yaşadığı eşq macərasını qəbul etmək istəmirlər. "Matilda" Romanovlar sülaləsinin sonuncu çarı II Nikolayın bir balerina ilə yaşadığı eşq macərasına dair filmdir. Film çarın intim həyatının bəzi məqamlarını üzə çıxarmaqla yanaşı bir sıra açıq-saçıq səhnələrlə də seçilir.

Mühafizəkarları narazı salan II Nikolayın evli ikən balerina Matilda Kşesinskaya ilə yaşadığı sevgi hekayəsinin önə çəkilməsidir. Çünki 1919-cu ildə Ural məhkəməsinin qərarı ilə “İpatyev evi”ndə güllələnən Romanovlar ailəsi 2000-ci ildə Rusiya Pravoslav Kilsəsi tərəfindən “məqəddəs” elan edilib.

Filmi tənqid edənlər arasında Moskvanın Sretensk monastırının qüdrətli rəhbəri yepiskop Tixon da var. Bu adam həm də prezident Vladimir Putinin şəxsi keşişi sayılır. Tixon filmi tarixin təhqir olunmsı kimi qələmə versə də, kilsənin “Matilda”nı qadağan etməsini arzuladığı barədə fikriləri qətiyyətlə rədd edir.

Bundan başqa, filmə qarşı çıxanların başında Rusiyanın Ukraynadan işğal etdiyi Krım yarımadasından Dövlət Dumasına deputat seçilən Natalya Poklonskaya gəlir.

Filmlə bağlı RF prezidenti Vladimir Putin də sualı cavablandırıb. Həmin videonu təqdim edirik:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!