USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dini Komitə Qazaxda seminar-treninq keçirib

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

ASAN Radio xəbər verir ki, seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Qazax RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova, QMİ-nin Qazax, Ağstafa, Tovuz bölgəsi üzrə qazısı İlham Süleymanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qazax RİH başçısının müavini Gülayə Həsənova keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirilən seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.

Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!