USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dünyanın ən güclü şahmatçılarına Vüqar Həşimov mükafatı təqdim olunacaq

Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata Steel Masters” turnirinin 80-ci yubiley qarşılaşmasıının qalibləri tanınmış Azərbaycan şahmatçısı mərhum Vüqar Həşimovun xatirəsinə təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar.

Vüqar Həşimov Şahmat Akademiyasından ASAN Radioya bildiriblər ki, beynəlxalq turnir gələn il yanvarın 12-dən 28-dək Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək.

Hələ üç il əvvəl Vüqar Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq təsis edilən “Fair Play” mükafatı ilk dəfə məhz Veyk-an-Zee şəhərində keçirilən ənənəvi turnirdə dünyanın ən güclü şahmatçılarına təqdim edilib. Bu mükafatla dünyanın məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.

“Tata Steel Masters” 80-ci yubiley turnirinin qarşılaşmalarının bütün dünyada diqqətlə izlənilməsi gözlənilir. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi turnirdə, həmçinin dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan və digər tanınmış zəka ustaları da var.

Beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. O, FIDE Qran-Pri, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya və bir çox digər nüfuzlu turnirlərin qalibi, FIDE reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biri olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!