USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səfir: "İkinci Şopinq Festivalın keçirilməsi, ilk festivalın öz hədəfinə çatdığını göstərir"

"Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır".

ASAN Radio xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib.

Ölkənin turizm potensialının inkişafına toxunan diplomat qeyd edib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinə sübutudur. Bu baxımdan, diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı  tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir.

"Qısa müddət ərzində artıq ikinci Şopinq Festivalının keçirilməsi ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir. Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək. Əminəm ki, bu istiqamətdə yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın açılışını edəcəyi Bakı-Tiflis-Qars dəmir yolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək", - deyə o vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!