USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
C.Hamilton: “ASAN xidmət” mərkəzləri ən müasir İKT ilə təchiz olunan mükəmməl qurumdur

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq, bu qurumun iş prinsipini öyrənmək həqiqətən çox maraqlıdır. Bunu deməliyəm ki, burada iş prosesi mükəmməl təşkil olunub, avadanlıq ən müasir səviyyədədir. Əminəm ki, ən müasir İKT ilə təchiz olunan bu məkan vətəndaşlarınız üçün mükəmməl məkandır. “ASAN xidmət” mərkəzləri insanlara xidmət etmək üçün yaradılan ictimai yerdir. Burada pasportların verilməsindən tutmuş sürücülük vəsiqəsinin dəyişdirilməsinə qədər ən vacib sənədləri qısa müddətdə almaq mümkündür.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri korrupsiyaya qarşı mübarizəyə dair Bakıda keçirilən beynəlxalq tədbirə Böyük Britaniyadan qatılan Ceyms Hamilton oktyabrın 27-də 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

“ASAN xidmət” mərkəzlərində vətəndaşların ən çox ehtiyac duyduqları bir çox xidmətlərin vahid məkanda təqdim olunmasının əhəmiyyətini qeyd edən qonaq bildirib: “Fikrimcə, bu, çox yaxşı, təqdirəlayiq və qabaqcıl ideyadır. Burada əlillərin və digər fiziki qüsurları olan insanların da rahatlığı nəzərə alınıb. Etiraf etməliyəm ki, ölkəmdə belə bir mərkəzin olmasını çox istərdim. Bu xidmətlər vətəndaşlara münasibətdə nəzakətli davranışın təmin olunmasına kömək edir. Azərbaycanda yaradılan bu unikal xidmət artıq öz səmərəsini verib. Bu xidmət növü bilavasitə insanların rahatlığına xidmət edir ki, bu da olduqca mühüm əhəmiyyət daşıyır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!