USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər Parlamenti Azərbaycan”- 2017 layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Könüllülər Parlamenti Azərbaycan” layihəsi başa çatıb.

ASAN Radio xəbər verir ki, layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxışı zamanı layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib. Gənclərin belə layihələrdə iştirakının onların həm şəxsi inkişafında, həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov layihənin uğurlu yekunuyla bağlı iştirakçıları təbrik edib, hazırlanmış təkliflər planı ilə bağlı öz rəylərini bildirib.

Qeyd edək ki, əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq olan “Könüllülər Parlamenti Azərbaycan - 2017” layihəsi  4 gün davam edib. Şamaxıda baş tutan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstəriblər. Layihənin sonuncu günündə "Könüllülər Parlamenti"nin plenar iclası keçirilib. İclasda komitələr onlara əvvəlcədən təqdim olunmuş mövzular üzrə hazırladıqları təkliflər planını təqdim ediblər. Təqdim olunmuş təkliflər planı keçirilmiş səsverməyə əsasən qəbul edilib.

Tədbirin sonunda layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunub.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!