USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir

Bu gün Çempionlar Liqasında IV tura start veriləcək.

ASAN Radionun məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşəcək. İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidir. Qarabağ” isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.

A qrupunda “Mançester Yunayted” və “Bazel” minimum vəzifənin öhdəsindən gələ bilər. Hər iki komanda 1/8 finala vəsiqəni qazanmaq üçün həm özü uğur qazanmalı, həm də liderlik uğrundakı rəqibinin xal əldə etməsini arzulamalıdır. B və D qruplarında da eyni vəziyyət hökm sürür. PSJ və “Bavariya” bir, “Barselona” ilə “Yuventus” digər qrupdan 1/8 finala yüksəlmək imkanına malikdir. Azərbaycan çempionu “Qarabağ”ın çıxış etdiyi C qrupunda isə yalnız bir komanda buna nail ola bilər. Özü də “Çelsi”nin mərhələ keçməsi digər oyundan deyil, özündən asıldı. Qələbə londonluları 1/8 finala daşıyacaq. Bu isə o deməkdi ki, sabah 7 komandanın qrupdan çıxması rəsmiləşməsi mümkündür. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!