USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
2018 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna başlayıb.

 

ASAN Radioya bu barədə BŞH-dən məlumat verilib.

 

Bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunacaq.

 

Həmçinin, builki hazırlıq prosesində daha çox peşəkar inkişaf yönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.

 

Gələn mövsüm keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

 

BŞH-nin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova növbəti yarış mövsümünə hazırlıqların builkindən geri qalmayacağını bildirib: “Əsas məqsədimiz könüllülərimizin inkişafıdır. Biz bu istiqamətdə effektiv addımlar atmağa çalışırıq. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir. Biz onların fərdi inkişafını təmin etməklə ölkə gəncliyinin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Hər zaman öz üzərində işləyən və yüksək bacarıq nümayiş etdirən 50 könüllü 2017 Formula 1 Azərbaycan Qran Prisinin təşkilində məhz işçi kimi çalışmaq şansı əldə etdi və bu işdə onlar özlərini tam doğrultdular. Bu, bizim və könüllülərimizin uğurudur. Həmçinin, yarışdan əvvəl və yarış zamanı yüksək əzmkarlığı ilə seçilən ən fəal 5 könüllü İtaliya Qran Prisində iştirak etmək imkanı qazandı. Bakı Şəhər Halqası Akademiyası könüllülərin yalnız yarışlara yüksək səviyyədə hazırlanmasına deyil, eyni zamanda onların karyera baxımından da inkişaf edib uğur qazanmasına dəstək göstərir. Bu il də akademiyada könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə maraqlı seminarlar və danışıq klublarının təşkilini nəzərdə tutmuşuq. Əminliklə deyə bilərəm ki, bu il könüllülərimizi çox sayda sürpriz gözləyir. Fürsətdən istifadə edərək yarışa öz töhfəsini vermək istəyən hər bir kəsi könüllülər proqramına qoşularaq Formula 1 yarışının təşkili işində yaxından iştirak etməyə dəvət edirəm!”

 

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Şərtləri ödəyən hər bir şəxs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. Proqram haqqında daha ətraflı məlumatı 012 404 13 83 nömrəsinə zəng edərək əldə etmək mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!