USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda VIII Avropa Film Festivalı  keçiriləcək

2-12 noyabr tarixlərində Bakıda VIII Avropa Film Festivalı  keçiriləcək.

Festivalla bağlı  "Park  Cinema"da keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib ki, illər boyunca davam edən bu film festivalı artıq öz ticarət markasını qazanıb. Bu il ilk dəfə Norveç film festivalına qoşulub. 

Səfir onu da vurğulayıb ki, festival çərçivəsində Bakıya  tanınmış rejissorlar təşrif buyuracaqlar və onlar eyni zamanda  burada ustad dərsləri də keçəcəklər.

“Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundov isə qeyd edib ki, festival çərçivəsində nümayiş etdiriləcək ekran əsərləri 2016 və 2017-ci ildə ekranlaşdırılan filmlərdir. Onların arasında müxtəlif janrlı filmlər yer alıb. Filmlər haqqında Aİ-nin Azərbaycan nümayəndəliyinin və “Park Cinema” kinoteatrlar şəbəkəsinin saytında ətraflı məlumat yerləşdirilib.

Qeyd edək ki, festivalda Azərbaycanda çəkilmiş ailə dramından bəhs edən  “Nar bağı" filmi də nümayiş olunacaq. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!