USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Könüllülər yeni kampaniyaya başlayır

"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə qürur günümüz olan 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə  #9noyabr haştaq kampaniyasına start verilir. 

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nicat Əmiraslanov ASAN Radioya məlumat verib ki, başladılan sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamına dəstək olaraq tariximizin, müstəqil Azərbaycanın bu tarixdə keçdiyi çətin mərhələlərdə qazandığı dəyərlərinin, başda Azərbaycan Respublikasının Dövlət Bayrağı olmaqla onun milli simvollarının və eyni zamanda vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya  sosial şəbəkələr üzərindən həyata keçiriləcək. Belə ki, sosial şəbəkədə istifadəçilər  #9noyabr haştaqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım edərək (foto, video, blog və s.) başladılmış trendə qoşulur və paylaşılan məzmunlarla cəmiyyətdə vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olacaqlar.

“ASAN Könüllüləri” təşkilatı olaraq sosial şəbəkələri 3 rəngə boyamaq məqsədilə bütün dövlət orqanları, özəl qurumları, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını bu aksiyaya qoşulmağa çağırırıq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!