USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan “Doing Business 2018” hesabatında 8 pillə irəlilədi

Dünya Bank tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib. ASAN Radio xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin  rəhbəri Ayaz Çaparlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Qeyd edək ki, Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb. 

Sözügedən reytinqə əhəmiyyətli təsir edən aşağıdakı islahatları xüsusi qeyd etmək lazımdır: 

Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. 

Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra əlavə müddəalar əlavə olunub.

Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb. 

Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli “Kredit büroları haqqında” və 2017-ci il 2 may  tarixli “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Verginin ödənilməsi – 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilib. 

"Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib. 

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi biləvasitə cənab Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. İlk növbədə burada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və  beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması və zəruri islahatların aparılması sahəsində nailiyyətlər əldə edilib. Bundan əlavə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi nəticəsində bir neçə sahədə müsbət tendensiyalar nümayiş edilir. 

“2018 Doing Business Hesabatı”nda maliyyə resurslarına çıxış imkanı biznesin aparılması üçün ən problemli amillərdən biri kimi göstərilib. Bununla əlaqədar bildirmək istərdik ki, “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr Fərmanı ilə Kredit Zəmanət Fondunun yaradılması nəzərdə tutulub. Belə ki, Kredit Zəmanət Fondu və Kredit büroların fəaliyyətə başlanılması “Doing Business” hesabatının kreditə əlçatanlıq kateqoriyası üzrə növbəti ildə əhəmiyyətli irəliləyişlə nəticələnə bilər.   

Qeyd edək ki, cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Həmin hesabatda da Azərbaycanın irəliləməsində əsas rolu Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatlar oynayıb. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerləri deməkdir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!