USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsinin sədri Müsəlman Dünyası Liqasının Baş katibi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində oktyabrın 31-də Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa ilə görüşüb.

ASAN Radio xəbər verir ki, görüşdə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirən Müsəlman Dünyası Liqasının Baş katibi ikitərəfli əlaqələrin qarşılıqlı hörmətə və İslam irsinə əsaslandığını bildirib. O, Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində göstərdiyi bütün səylərin yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, İslam dünyasına aid problemlərin həllində Azərbaycanın fəal rol oynaması onun bütün müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələrini genişləndirməsinin dövlətimizin xarici siyasət xəttinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Dövlətimizin daim İslam həmrəyliyi və dinlərarası dialoqun tərəfdarı olduğunu vurğulayan Komitə sədri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsinin onun müsəlman aləmi ilə münasibətləri genişləndirməyə yönəlik siyasətindən irəli gəldiyini bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!