USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“M.A.P” Bakı İncəsənət Festivalı

YARAT Müasir İncəsənət Məkanında “M.A.P” Bakı İncəsənət Festivalına həsr olunan mətbuat konfransı keçirilib. Konfrasda çıxış edən YARAT-ın bədii və strateji direktoru Björn Geldhof bildirib ki, bu festival vasitəsilə teatra yeni baxış tərzi formalaşır: 

“Festivalın məqsədi insanları teatra daha yaxın etməkdir. Proqramımız  müxtəlifdir. Burada rəqs, musiqi, teatr - bir sözlə  incəsənətin müxtəlif növləri yer alır. Eyni zamanda  biz çalışırıq ki,gənclər də  teatrlara daha çox üz tutsunlar. Buna görə də biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış müasir teatrın parlaq  nümunələrini təqdim edirik, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq. Ümid edirəm, bu sahədə atılan addımlar gələcəkdə daha geniş şəkildə davam edəcək”.

Tədbirin təşkilatçılarından olan “Bakcell” şirkətinin baş direktoru Nikolai Bekers layihəni dəstəkləyərək əməkdaşlıq etdikləri üçün məmnun olduğunu bildirib:

"Biz Bakcell şirkəti  olaraq hər zaman müasir incəsənət,musiqiylə bağlı layihələrdə iştirak etməyə maraqlıyıq. Düşünürəm ki, bu baxımdan YARAT-la əməkdaşlığımız doğru seçimdir. YARAT -ın bu vaxta qədər uğurlu işlər həyata keçirdiyindən xəbərdarıq".

Layihənin kuratoru Ülviyyə Axundova festival haqqında geniş məlumat verərək, “M.A.P” Bakı İncəsənət Festivalın mədəniyyət aləmi üçün əhəmiyyətini diqqətə çatdırıb. 

Qeyd edək ki, “M.A.P” Bakı İncəsənət Festivalı noyabrın 6- adək  davam edəcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!