USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları”ı adlı layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları”ı adlı layihəsi  davam edir.

ASAN Radio noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirildi.Konsertdə “Orta Mahur” və “Rahab” muğamları səsləndi.

Muğamları xanəndələr,Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Məmməd Nəcəfov,Nisbət Sədrayeva və Gülnar Qüdrətli ifa etdilər.

İlk olaraq səhnəyə Məmməd Nəcəfov çıxaraq “Rahab” muğamını,sonra isə Nisbət Sədrayeva və Gülnar Qüdrətli “Orta mahur” muğamını səsləndirdilər.

Gecədə xanəndələri tarda “Muğam” instrumental ansamblının bədii rəhbəri,Əməkdar artist Sahib Paşazadə,kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Əməkdar artist Çinarə Heydərova,udda Şəfa Kərimov,balabanda Azad Əliməmmədov,nağarada Emin Cəbrayılov müşayiət etdilər.

Xanəndələrin muğamlarla bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

İnformasiya dəstəyi-“Mədəniyyət” kanalı,Azərbaycan radiosu,AzərTac,”Baku” jurnalı,Trend.Az.,Milli.Az.

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində,növbəti konsertdə”Bayatı-Qacar” və “Şahnaz”  muğamları səslənəcək.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!