USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsində müşavirə keçirilib

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

ASAN Radio bildirir ki, müşavirəni giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. Səyyad Salahlı gündəlikdəki məsələlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir.

Gündəliyə uyğun olaraq, əvvəlcə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin məruzəsi dinlənilib. O, dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, dini icmalarla iş və dini maarifləndirmə istiqamətində şöbə tərəfindən hesabat dövründə 30-dan çox görüşün, seminar-müşavirənin, regional konfransın təşkil edildiyini diqqətə çatdırıb. Şöbə müdiri bölgədəki dini vəziyyətin öyrənilməsi, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla profilaktik və inzibati xarakterli işlər aparıldığını bildirib.

Daha sonra DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev şöbənin əhatə etdiyi rayonlarda dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin dinlə bağlı siyasətinin həyata keçirilməsi sahəsindəki  görülən işlər haqqında məruzə ilə çıxış edib. N.Əfəndiyev, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilən maarifləndirici, təbliğat-təşviqat xarakterli tədbirlər barədə də danışıb.

Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov məruzəsində bölgədəki dini durumun daim nəzarətdə saxlanıldığını vurğulayıb. Şöbə tərəfindən müvafiq qurumlarla birgə dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın bölgədə təbliğinə cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar haqqında məlumat verib.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!