USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Şopinq Festivalının lotereya sevincləri

Oktyabrın 15-dən başlayaraq paytaxtımızda şəhər sakinlərinin və qonaqların böyük maraq və sevincinə səbəb olmuş II Bakı Şopinq Festivalı çoxlu sürpriz və yeniliklərlə doludur. Alıcıları Bakı Şopinq Festivalından faydalandırmağı və sevindirməyi qarşıya məqsəd qoyan təşkilatçılar hər bir iştirakçını lotereya uduşlarına dəvət edir.

Azərbaycan Konqreslər Bürosundan ASAN Radioya bildirilib ki, festivalda iştirak edən mağazalardan əldə olunan kuponların lotereya uduşlarının sayı və çərçivəsi açıqlanıb. Belə ki, uduşda 20 mindən çox bilet hədiyyə qazanacaq. Uduşlarda paytaxt sakinləri ilə yanaşı, əcnəbi qonaqlar da iştirak edəcək.

Noyabrın 2-dən 25-dək festival mağazalarından birdəfəyə 100 AZN-dən artıq alış-veriş etmək “Festival sürprizləri” adlı ani stilmullaşdırıcı lotereyada iştirak etmək hüququ qazandırır. Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturasını Bakı Şopinq Festivalının “Məlumat masası”na təqdim etməklə dəyərli hədiyyə əldə etmək olar. Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə bir bilet, 500 AZN və daha çox alış-verişə isə iki bilet düşür.

Bundan başqa, II Bakı Şopinq Festivalında iştirak edən mağazalarda “Tax Free” xidmətindən yararlanan hər bir alıcı vergi hesab fakturasını təqdim etməklə festival lotereyasının iştirakçısı ola bilər.

Lotereya haqqında www.bakushopfest.com/lotereya/ saytında ətraflı məlumat verilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!