USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
255 təhsil işçisi müxtəlif pul mükafatları qazanıb

ASAN Radio xəbər verir ki, Kapital Bank təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirib. 2 noyabr tarixində keçirilən lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatları qazanıb. Qaliblərin siyahısı bankın saytında qeyd olunub.

Şərtlərə görə Kapital Bank kartları ilə məvacib alan təhsil işçiləri 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

4 dekabr 2017-ci il tarixlərində keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tehsil-lotereya.

Bundan başqa Kapital Bank-ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!