USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazirlər Kabinetində KİV rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Noyabrın 6-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun yanında kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadən bildirirlər ki, müşavirədə Baş nazirin müavini Əli Əhmədov son illər sürətlə inkişaf edən respublika iqtisadiyyatında əldə olunan uğurlardan söz açaraq, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əmək münasibətlərinin daha müasir formada tənzimlənməsi istiqamətində ölkə rəhbərliyinin atdığı addımların səmərəli nəticələr verdiyini vurğulayıb.

Daha sonra cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasında mətbuatın xüsusi rolunu qeyd edən Əli Əhmədov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş məlumatlandırma və təbliğat işlərinin təşkili ilə əlaqədar kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələr barədə danışıb.

Müzakirələr zamanı Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı ətrafında geniş fikir mübadiləsi aparılıb, görüləcək işlərə dair təklif və tövsiyələr bildirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!