USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ölkədə yaranmış əlverişli biznes mühiti vergiödəyicilərinin sayının artması ilə nəticələnib

Ölkədə yaranmış əlverişli biznes mühiti vergiödəyicilərinin sayının artması ilə nəticələnib ki, bu da, öz növbəsində, vergi nəzarətinin təmin edilməsi və vergiödəyicilərinə göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsini və vergi orqanı əməkdaşlarının məsuliyyətinin artırılmasını tələb edir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən ASAN Radioya bildirilib ki, bu fikirlər nazirlikdə vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirilib.

Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Vergi inzibatçılığında yeni yanaşmaların tətbiq edilməsinin, inzibatçılığın səmərəliliyinin yüksəldilməsinin vacib olduğunu qeyd edən nazir vergiödəyicilərinə xidmətin keyfiyyət və ünvanlılığının artırılmasının, hər bir vergiödəyicisinə fərdi yanaşmanın təmin edilməsinin, sahibkarlıq subyektləri ilə kommunikasiyanın daha səmərəli formalarına üstünlük verilməsinin vacib olduğunu xüsusi olaraq vurğulayıb.

Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, vergi sistemində həyata keçirilən bütün tədbirlər sistemli və koordinasiyalı xarakter daşımalı, daxili kommunikasiya daha səmərəli qurulmalı, vergi risklərinin təhlili və vergiödəyicilərinə xidmət göstərən sahələrdən tutmuş vergi nəzarəti tədbirlərini həyata keçirən bütün strukturlar fəaliyyətlərini əlaqələndirməli və vergi orqanları qarşısında duran əsas vəzifələrin icrasına yönəltməlidirlər.

Kollegiya iclasında vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması vəziyyəti geniş müzakirə edilib. Bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması ilə bağlı məsələlər Vergilər Nazirliyinin daim diqqət mərkəzində saxlanılır, hər ay vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti haqqında vergilər nazirinə müvafiq hesabat təqdim edilir.

Lakin bütün bunlara baxmayaraq, vətəndaşların qəbulu, eləcə də aparılan monitorinq və təhlillər zamanı vətəndaş müraciətlərinə baxılmasında hələ də nöqsanlara yol verilir. Bəzi hallarda vergi orqanları tərəfindən müraciətlərin dərindən və hərtərəfli araşdırılmaması səbəbindən vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olurlar. Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını deyib. Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılmasını təmin etmək, habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçilər və ya onların səlahiyyətli nümayəndələri vergilər nazirinin birinci müavini və ya müvafiq sahəni kurasiya edən nazir müavinləri tərəfindən qəbul edilməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir.

Vergilər naziri aidiyyətı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.

F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik departamenti, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

Kollegiyada gündəlikdə duran məsələlər barədə ətraflı müzakirələr aparılıb.

Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin struktur vahidlərinin və bölmələrinin bütün imkanlarının vergi orqanları qarşısında duran vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret göstərişlər verib.

Kollegiyanın qərarı ilə vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, vergiödəyicilərinin narazılıqlarına səbəb olan halların və vergi orqanlarına daxil olan ərizə və şikayətləri doğuran səbəblərin aradan qaldırılması istiqamətində əlavə və təsirli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar müəyyən edilib. Bununla yanaşı, Vergilər Nazirliyinin strukturlarının koordinasiyalı fəaliyyətinə nəzarətin gücləndirilməsi, müvafiq struktur vahidlərinə büdcə proqnozları ilə bağlı mövcud potensialın təhlil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması, habelə xarici investisiyalı şirkətlərlə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

Həmçinin qeyd olunub ki, kollegiya iclasından bir neçə gün əvvəl vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!