USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Pəncərə” klubunun növbəti tədbiri

“Pəncərə” klubunun növbəti tədbiri gözəllik və sağlamlıq mövzusuna həsr edilib.

ASAN Radio xəbər verir ki, tədbirin aparıcısı Əməkdar Artist Nərgiz Cəlilova qonaqları salamlayaraq “Pəncərə” klubunun paytaxt Bakının mədəni həyatında böyük əks-səda yaratdığını söyləyib. Bildirib ki, may ayından fəaliyyət göstərən “Pəncərə” klubunun həyata keçirdiyi layihələr qısa müddət ərzində geniş auditoriyanın marağına səbəb olub.

“Pəncərə” klubunun həmtəsisçisi, yazıçı-publisist Günel Anarqızı gecənin məramından danışaraq bugünkü tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Vurğulayıb ki, mədəniyyəti formalaşdıran və gözəllik yaradan amillərdən birincisi sağlamlıqdır.

Gecədə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez sağlamlıq və gözəlliklə bağlı fikirlərini bölüşüb. Bildirib ki, ölkəsində yaş fərqindən asılı olmayaraq bütün insanlar bu iki amilə diqqət yetirirlər və hər zaman sağlam qalmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Tədbirdə çıxış edən “Antieyç və Estetik” Tibb Mərkəzinin rəhbəri Faizə Əliyeva sağlamlıq haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, düzgün qidalanma sağlamlıqla yanaşı, gözəlliyi qoruyan amillərdəndir.

Gecədə iştirakçılar arasında gözəl və sağlam həyat tərzi ilə bağlı diskussiya aparılıb. Memarlıq üzrə elmlər doktoru Elçin Əliyev, rəssam Rəşad Mehdiyev, astroloq Aynur Bağırova və başqaları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin “Kaftan” moda evinin geyimləri təqdim edilib.

Tədbirdə Əməkdar artistlər Mehriban Zəki, Sevda Ələkbərzadə və Aqşin Abdullayevin ifaları maraqla qarşılanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!