Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.
ASAN Radionun xəbərinə görə, sonuncu - doqquzuncu turunda Azərbaycan və Ukrayna yığmaları arasında oyun 2:2 hesabı ilə başa çatıb.
Beləliklə şahmatçılarımız turniri 14 xalla başa vurublar.
Qeyd edək ki, Rusiya da Almaniyanı məğlub edərək, xallarını 14 xal qazanıb.
Beləliklə, əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci yeri tutub. İkinci yerdə Rusiya yığması, üçüncü pillədə isə Ukrayna komandası qərarlaşıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!