USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vüsal Qasımlı Avropa İttifaqının səfirlərini qəbul edib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. ASAN Radionun məlumatına görə, icraçı direktor qeyd edib ki, Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya partnyorudur: “Eyni zamanda Bakı-Tbilisi-Qars və Astara-Astara dəmiryolu xətləri, həmçinin Bakı Dəniz Ticarət Limanı Avropa İttifaqı üçün əhəmiyyətli olan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına töhfə verəcək.” Vüsal Qasımlı Azərbaycanda aparılan islahatların biznes mühitini yaxşılaşdırdığını qeyd edərək, ölkəmizin “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməsini və bununla da Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri olmasını vurğulayıb.

  Müzakirələr zamanı hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və görüşdə iştirak edən səfirlər adından bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir: “Azərbaycanda iqtisadi islahatlar və rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər xüsusi önəm daşıyır.”

 Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, müxtəlif ölkələrdən olan səfirlərin səfəri müddətində əməkdaşlıq üçün yeni imkanlar yarana bilər.

 Görüşün sonunda Strateji yol xəritələri, Azexport, Rəqəmsal Ticarət Qovşağı və “Bir Pəncərə” İxraca Dəstək Məkəzi barədə suallara cavab verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!