USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tofiq Quliyevin 100 illiyi münasibətilə poçt markası hazırlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən Azərbaycanın xalq artisti, bəstəkar, ictimai xadim Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan ASAN Radioya verilən məlumata görə, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub. 40x28mm ölçüsündə olan markanın tirajı  200 000 ədəd təşkil edir.

Marka “Belarusskiy dom peçati” mətbəəsində, Belarusda yüksək keyfiyyətlə nəşr olunub.

Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir. Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi,  Xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda, ümummilli lider Heydər Əliyev  tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.

2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi  bəstəkarın adını daşıyır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!