USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vəlvələ çayı üzərindəki körpü əsaslı şəkildə bərpa olunub - VİDEO/FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.

ASAN Radio xəbər verir ki, 1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.

Aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 metrdən 10.5 metrə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1.2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.

Daha sonra körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfiqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Aparılmış bərpa işlərindən sonra körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb. Artıq körpü tam olaraq müasir norma və standartlara cavab verir.

Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Körpünün aşırımlarında çatlar və dağılmalar yaranmışdı. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnikaları cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!