USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş epidemioloq: Azərbaycanda qrip epidemioloji həddi keçməyib

“Ölkədə epidemioloji vəziyyət stabildir”.

ASAN Radionun məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev deyib. O bildirib ki, səhiyyə naziri hər il olduğu kimi bu il də yoluxucu xəstəliklərlə mübarizə üzrə əmr imzalayıb: “Respublika ərazisində qrip, də qripə bənzər kəskin respirator kütləvi şəkildə yayılması yoxdur. Hər hansı bir zonada yoluxucu xəstəlik baş verərsə, Səhiyyə Nazirliyinə məruzə olunur. Ayrı-ayrı bölgələrdə, iri şəhərlərimizdə heç bir yoluxucu xəstəliyin yayılması müşahidə edilmir. Qrip dünyanın bütün ölkələrində var, o cümlədən də Azərbaycanda. Bundan sonra da olacaq”.

İ. Ağayev əlavə edib ki, bununla mübarizə aparmaq üçün ölkədə bütün tibb müəssisələri hazırdır: “Bəzən sual verirlər ki, nə üçün müxtəlif vaxtlarda vaksinasiya aparılmır? Biləsiniz ki, respublikamızda nə qrip, nə də qripə bənzər xəstəliklər epidemioloji həddi aşıb. Ona görə də biz onunla kütləvi şəkildə mübarizə aparmırıq. Epidemioloji səviyyədə olmadığından vaksinasiya aparılması absurddur. Amma bizim xəstəxanalarımıza və digər tibb müəssisələrinə müraciət edənlər müayinə olunur”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!