USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi"

"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib".

ASAN Radionun məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Prezident İlham Əliyev "Şahdəniz" üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum , Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb.

"Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, “qara qızıl” insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq", - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb. “BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrlə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!