USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illiyi qeyd olunub

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

ASAN Radionun məlumatına görə, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir “Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında təşkil olunub. 

Gecədə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığını əhatə edən sərgi, sənətkarın rol aldığı filmlərdən kadrlar göstərilib.

Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərinə diqqət çəkib.

Nazir müavini qeyd edib ki, Ağasadıq Gəraybəyli ömrünün sonuna qədər sənət sevgisini, teatr təəssübkeşliyini qoruyub saxlayıb: “Ağasadıq Gəraybəyli o nadir sənətkarlardan biridir ki, 1940-cı ildə əməkdar artist adını almadan birbaşa xalq artisti fəxri adına layiq görülüb. 1930-50-ci illərdə böyük sənətkarımız görkəmli dramaturqların əsərlərində çox dəyərli obrazlar yaradıb, bizim milli kinomuzun formalaşmağında vacib töhfəsini verib. Ağasadıq Gəraybəyli sənətkar kimi özünə qarşı böyük tələbkar, ətrafdakılara münasibətdə hər zaman örnək idi. O, konfliktlərdən uzaq, sözünün yerini bilən, hər zaman ağsaqqallıq missiyasını axıra qədər ləyaqətlə daşımağı bacaran insan idi”.

A. Gəraybəylinin nəvəsi, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, sənətkarın 120 illik yubileyi çərçivəsində bir çox tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Mərasimdə eyni zamanda Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini özündə əks etdirən səhnəcik, “Müfəttiş” tamaşasından parça və musiqi nömrələri təqdim olunub.

Yubiley tədbirinin rejissoru və ssenari müəllifi əməkdar artist Firudin Məhərrəmov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. 

Qeyd edək ki, Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!