USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“SƏRHƏD” sənədli filmi ictimaiyyətə təqdim olundu

10 noyabr 2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi tərəfindən hazırlanmış “SƏRHƏD” sənədli filminin təqdimat mərasimi keçirilmişdir. “Sərhəd sənədli filminin çəkilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Təqdimat mərasimində Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, həmçinin QHT rəhbərləri, ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“SƏRHƏD” sənədli filmi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs dövründə azərbaycanlı uşaqların öldürülməsindən bəhs edilir. Filmdə vurğulanır ki, faşizm ideologiyasını dövlət səviyyəsində həyata keçirən Ermənistanın kriminal hərbi-siyasi rejimi körpələrin qətlə yetirilməsinə əmr verməklə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirir. “SƏRHƏD” sənədli filmində 4 iyul 2017-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətl edilmiş 18 aylıq Zəhra Quliyevanın, 2011-ci ildə Ağdam rayonunun Orta Qərvənd kəndində erməni əsgərləri tərəfindən snayper gülləsi ilə vurulmuş Fariz Bədəlovun valideynləri, elə həmin ildə Tovuz rayonunun Əlibəyli kəndində erməni hərbçilərinin oyunçaqda gizlətdikləri qumbaranın partlaması nəticəsində həlak olmuş Aynur Şaxmalıyevanın anası danışırlar. Bundan əlavə, sənədli filmdə işğalçı Ermənistanın hərbi-siyasi rejiminin faşizm ideologiyası əsasında fəaliyyət göstərdiyini sübut edən arxiv materiallar da təqdim olunur.

Tədbirin aparıcısı Telman Qasımovun təklifi ilə təqdimat mərasiminin iştirakçıları faşizmin və terrorun qurbanları olmuş bütün uşaqların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sükutdan sonra Telman Qasımov bildirdi ki, “SƏRHƏD” sənədli filmi faşist erməni rejimi tərəfindən qətl edilmiş azərbaycanlı uşaqların timsalında bütün dünyada insanlıq əleyhinə cinayətlərin qurbanları olmuş körpələrin xatirəsinə ithaf olunur.

“SƏRHƏD” sənədli filminin çəkilməsi layihəsinin rəhbəri Büllur Məmmədova vurğulayıb ki, ictimaiyyətə təqdim olunan bu film beynəlxalq təşkilatların körpələrin vəhşicəsinə qətlə yetirilməsinə biganə və laqeyd münasibətlərinə açıq etirazdır. Onun sözlərinə görə, “SƏRHƏD” sənədli filminin rus və ingilis dillərində versiyaları artıq hazırdır. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi bu filmin beynəlxalq təşkilatlara və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinə çatdırılması üçün geniş fəaliyyət həyata keçirir” deyən layihə rəhbəri bildirdi ki, dünya birliyinin sərt reaksiya verməməsi və əməli tədbirlər görməməsi nəticəsində Ermənistanın kriminal rejimi  bu cür cinayətləri davam etdirir və, təəssüf ki, davam etdirəcəkdir.

Bundan sonra “SƏRHƏD” sənədli filmi ictimaiyyətə təqdim olunub.

Ssenari müəllifi və rejissor Etibar Məmmədov bildirib ki, bu günə qədər çoxlu sayda sənədli filmlər üzərində işləsə də, “SƏRHƏD” sənədli filmi ilə əlaqədar çəkilişlər aparmaq, erməni hərbçiləri tərəfindən bilərəkdən öldürülmüş körpə uşaqların valideynlərindən müsahibələr almaq mənəvi cəhətdən çox ağır idi. O, qeyd edib ki, 18 aylıq Zəhra Quliyevanın qətli Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, hətta 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının davamıdır. “Bu siyasətin müəllifi dəyişməzdir və hər kəs onu tanıyır: Ermənistan və onun kriminal rejimi”.

Tədbir “SƏRHƏD” sənədli filmi ətrafında geniş müzakirələrlə davam edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!