USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Şanlı bayrağım” mövzusunda fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Noyabrın 10-də “Məktəblinin dostu” layihəsi tərəfindən “ASAN xidmət”lə birgə təşkil olunan “Şanlı bayrağım” mövzusunda fotomüsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Məktəblinin dostu” layihəsi tərəfindən “ASAN Xidmət”lə birgə keçirilən “Şanlı  bayrağım” fotomüsabiqə Bakı şəhəri üzrə 31 ümümtəhsil məktəbini əhatə edib.

Müsabiqənin keçirilməsinin əsas məqsədi Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdır.

Mərasimdə iştirak edən  Bakı Şəhər Təhsil İdarəsinin  müdiri  Məhəbbət Vəliyeva  bildirib ki, 31 ümümtəhsil məktəbini əhatə edən  “Məktəblinin dostu” layihəsi üzrə 122 nəfər əməkdaşı çalışıb. Bakı Şəhər Təhsil İdarəsinin müdiri təşkilatçılara təşəkkür edərək, gələcəkdə bu layihənin daha da geniş miqyasda keçirilməsini arzulayıb. Mərasim vətənpər ruhlu bədii hissə ilə davam edib.

Tədbirdə eyni zamanda “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “ASAN Xidmət”in  İnsan resursları və təlim  şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Silahlı Qüvvələrinin veteranları, məşhur idmançılar iştirak ediblər.

“Şanlı  bayrağım”  adlı fotomüsabiqənin  final  mərhələsi çərçivəsində  31 fotoşəkildən ibarət sərgi  də təşkil edilib. Fotosərginin ölkə üzrə bütün ASAN Xidmət mərkəzlərində nümayiş olunması  nəzərdə tutulub. 

Sonra müsabiqənin qalibləri mükafatlandırılıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!