USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müdafiə Nazirliyinin növbəti açıqlaması

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır və düşmən tərəfindən Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır: “Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb. Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Xocalı şəhərində 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür: “İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!