USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa İttifaqının Azərbaycandakı səfiri Energetika Nazirliyində olub

Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ASAN Radio xəbər verir ki, çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən Pərviz Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə uğurlu nəticələrə nail olunub. Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək.

Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib. 

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!