USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Gəncsən?Başla!” kitabının imza günü keçirilib

10 noyabr 2017-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramanı qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində “Gəncsən? Başla!” kitabının imza günü  keçirilib. İmza günü sağlamlıq imkanları məhdud 50 gənc Boccia İdmançısının iştirakı ilə baş tutub. 

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən müəllif, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Dr. Nadir Adilov növbəti imza gününün bu mərkəzdə keçirilməsindən fərəh hissini duyduğunu bildirib. O, kitab haqqında fikirlərini iştirakçılarla bölüşüb. Dr.Nadir Adilov fiziki məhdudiyyətli gənclərlə həmrəylik nümayiş etdirərək, müəllifi olduğu kitabları onların istifadə etdiyi arabada əyləşərək imzalayıb.

İmza günündə iştirak edən peşəkar təlimçi Sənan Nəcəfov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Boccia idmançılarının motivasiyasının artırılması məqsədi ilə fizki məhdudiyyətli gənclərə təlim keçiblər. Onlar bərabərlik nümayiş etdirərək, təlimi fizki məhdudiyyətli gənclərin istifadə etdiyi arabalarda əyləşərək keçiblər. Bu, təlim iştirakçıları tərəfindən müsbət qarşılanıb. 

Tədbirin təşkilini həyata keçirən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərk Mərkəz haqqında geniş məlumat verib. O qonaqların bu mərkəzi tez – tez ziyarət etmələrinin Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiyası üçün çox gözəl bir vasitə olduğunu, cəmiyyətə inteqrasiyada mühüm rol oynadığını vurğulayıb. 

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzi Paralimpiya komitəsinin koordinatoru, “Arabaçı TV”nin rəhbəri, Qarabağ müharibəsi veteranı İlham Məhərrəmov tədbir haqqında fikirlərini bölüşüb. O bildirib ki, ”Gəncsən? Başla!” kitabı mərkəzin gənclərinin böyük marağına səbəb olub.  

Kordinator mərkəz haqqında da danışıb. O, mərkəzdə müxtəlif kursların təşkil olunduğunu və 4 illik fəaliyyət müddəti ərzində 1200 nəfərin mərkəzin məzunu adına layiq görüldüyünü, onlarla məzunun hal-hazırda müxtəlif  iş yerlərində çalışdığını qeyd edib. Bildirilib ki, mərkəzin 30-a yaxın tələbəsi Birinci Avropa oyunlarında könüllü kimi fəaliyyət göstərib. İlham Məhərrəmov xüsusilə vurğulayıb ki, Boccia idman növü əlləri zəif olan insanların məşğul ola biləcəkləri yeganə idman növüdür.

Qeyd edək ki, tədbirin fotoları “ASAN Könüllüləri Təşkilatının” “FotoMən” layihəsinin fotoqrafları tərəfindən çəkilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!