USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Qarabağ" Pedro Enrikenin klubdan ayrılacağına dair xəbərlərə münasibət bildirib 

"Qarabağ" klubu futbolçu Pedro Enrikenin qışda komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirib.

ASAN radio xəbər verir ki, klubun meneceri Asif Əsgərov "Report"a açıqlamasında 27 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırladıb.

O, braziliyalı oyunçunun müqavilə üzrə məxsus olduğu Yunanıstan PAOK-una tezliklə qayıtmasının müzakirə mövzusu olmadığını vurğulayıb: "Yunanıstan mətbuatında yazılanların hamısı boş söhbətlərdir".

Enrike İspaniyada "Atletiko" ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçında rəqib futbolçunun sifətinə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. "Qarabağ" rəsmisi hələlik cəza müddətinə dair UEFA-dan heç bir bildiriş almadıqlarını söyləyib. Bununla belə, cinah oyunçusunun İngiltərənin "Çelsi" komandası ilə noyabrın 22-də keçiriləcək V tur qarşılaşmasını buraxacağı dəqiqdir.

Qeyd edək ki, Yunanıstanın sport24.gr saytı "Qarabağ"ın Pedro Enrike ilə vidalaşmaq istədiyini və bu məqsədlə PAOK-a məktub göndərdiyini yazıb. Səbəb kimi braziliyalı legionerin ağır müqavilə şərtlərinin olduğu göstərilib. Ağdam klubunun avrokuboklarda çıxışını başa vurduqdan sonra ölkədaxili titul əldə etməkdə problem yaşamayacağı da diqqətə çatdırılıb. Digər tərəfdən, oyunçunun özünün də Azərbaycan Premyer Liqasındakı rəqabətsizliyi bəyənmədiyi və özünün də artıq stimulunu itirdiyi bildirilir. "Sambaçı" ilə Rusiya klublarından birinin maraqlandığı deyilir.  Pedro Enrike "Qarabağ"ın heyətində 14 oyuna 3 qol vurub. Qollardan biri Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisinin İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!