USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Dini maarifləndirmə işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirilib

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.

“Dini maarifləndirmə işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda keçirilən konfransda rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı ölkəmizdə dini sahəyə dövlət qayğısından danışıb və bu siyasətin demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edib. O, eyni zamanda rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə də toxunub.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov respublikanın bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və seminar-treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında dini maarifləndirmə işini zəruri edən amillər barədə fikirlərini bölüşüb. Bildirib ki, son illər dünyada baş verən proseslər təsdiqləyir ki, din amili təzyiq və təsir vasitəsi kimi önə çıxır. Hazırda dünyada bölücülük daha çox dini müstəvidədir və bunun səbəblərindən biri din pərdəsi altında terrorizmi, silahlı münaqişələri böyük miqyasda və daha intensiv şəkildə yaratmağın asan olmasıdır. Sədr müavini qeyd edib ki, təəsüf ki, ölkəmizdə də dini durumda üzləşdiyimiz məsələlərdən biri də radikalizmdir. "Buna görə də cəmiyyətimiz məhz zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilməli, lazımi dini biliklər sistemli şəkildə verilməlidir. Çünki insanları yalnız inzibati tədbirlər yolu ilə zərərli dini cərəyanların təsirindən qorumaq qeyri-mümkündür” - deyə sədr müavini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!