USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vitse-spiker: Azərbaycanda insan kapitalının inkişafına diqqət dövlətimizin prioritet istiqamətlərindəndir

Azərbaycanda insan kapitalının inkişafına göstərilən diqqət dövlətimizin prioritet istiqamətlərindəndir.

ASAN Radio xəbər verir ki, bu fikri Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentdə müzakirə edilən “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə danışarkən deyib.

Bahar Muradova büdcə layihəsinin mahiyyətindən danışaraq bildirib ki, sənəddə qlobal iqtisadi meyillər nəzərə alınmaqla büdcənin göstəriciləri, parametrləri müəyyənləşdirilib. Burada Azərbaycan iqtisadiyyatının həm 2016-cı ilin, həm də 2017-ci ilin keçən ayları müddətindəki inkişaf istiqamətləri və nəticələri nəzərə alınıb. Eyni zamanda, həm beynəlxalq, həm də daxili miqyasda risklər, onların büdcə parametrlərinə mövcud və mümkün təsirləri də nəzərə alınıb. Regionların dayanıqlı inkişafı, tələbatların yerli potensial nəzərə alınmaqla ödənilməsi tələbləri, sosial, iqtisadi, rabitə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dəstəyin büdcə paketində nəzərə alınması və prioritet istiqamət kimi göstərilməsi çox vacibdir. Artıq 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına həyata keçirəcək. Bu da ötən müddət ərzində əldə olunmuş çox böyük nailiyyətdir. Biz qarşıya qoyulan hədəflərə daha sürətlə, daha çevik şəkildə nail oluruq.

Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafına göstərilən diqqəti və bu sahənin prioritet istiqamət kimi nəzərdə tutulmasını vacib amil kimi vurğulamaq lazımdır. İnsanların məşğulluğunun təmin olunması, sosial müdafiəsinin təşkili, təhsilə, səhiyyəyə, mədəniyyətə, yaradıcı sahələrə diqqət 2018-ci il büdcəsində də öz əksini tapır. Həssas qruplara qayğı, xüsusilə ehtiyacı olan təbəqənin problemlərinin həlli ilə bağlı büdcə göstəricilərini nəzərə alsaq, vurğulamalıyıq ki, bu dəfə də Azərbaycan Respublikasının dövlət büdcəsi sosialyönümlü xarakterini saxlayır.

Milli Məclisin sədr müavini deyib ki, əsas hədəflərimiz büdcə paketinə daxil olan qanun layihələrində göstərildiyi kimi, makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət büdcəsinin xərclərinin səmərəliliyinin artırılması və onun xüsusi fəaliyyət mexanizmlərinin meydana gəlməsi, iqtisadi tənzimləmə sahəsində mexanizmlərin təkmilləşdirilməsi, ən əsası yenə də səmərəliliyin, faydalılığın artırılmasına göstərilən diqqət, rəqabət mühitinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması, daxili bazarın qorunması, bir sözlə, Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin edilməsi, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin olunması, bunun növbəti illərdə də prioritet istiqamət kimi götürülməsidir. Bütün bunlar Azərbaycan vətəndaşlarının rifahının təmin olunmasına, hüquq və azadlıqlarının qorunmasına dövlətimizin növbəti dəstəyi kimi dəyərləndirilməlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!