Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin daha bir cavab görüşü keçirilib.
ASAN Radio xəbər verir ki, İtaliya millisi İsveçi qəbul edib.
Milanın "San-Siro" stadionunda təşkil olunan qarşılaşmanı baş hakim ispaniyalı Antonio Matö Lahoz idarə edib. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Nəticədə skandinaviyalılar qolsuz bərabərliyə nail olaraq adlarını mundiala gedəcək komandaların sırasına yazdırıblar.
Dördqat dünya çempionu olan appeninlilər isə 60 ildən sonra mundiala həsrət qalıblar. Sonuncu dəfə 1958-ci ildə bu aqibətlə üzləşən İtaliya yığması yenidən azarkeşlərini kədərə qərq edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!