Futbol üzrə İtaliya millisinin qapıçısı Canluici Buffon yığmada karyerasını başa vurduğunu bəyan edib.
ASAN Radionun məlumatına görə, o bu qərarını DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunundan sonra açıqlayıb.
“Mən İtaliya yığmasını cavanlara, Perin və Donnarumaya tapşıraraq tərk edirəm. Şübhəsiz ki, İtaliya futbolunun gələcəyi var. Millidə on il ərzində birgə olduğum Bartsalyi, Bonuççu, Kyellini və De Rossini bağrıma basmaq istəyirəm”, deyə Buffon İsveçlə matçdan sonra bildirib.
Qeyd edək ki, İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.
İsveç yığması ilə Milanda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç mundiala vəsiqə qazanıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!