USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATMU və ASAN Könüllüləri Təşkilatı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti və ASAN Könüllüləri Təşkilatı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

2017-ci il 14 noyabr tarixində imzalanmış Əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkişafına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhfə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən 2017-ci il 15 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

ASAN Radio xəbər verir ki, imzalanmış memoranduma əsasən, ASAN könüllüləri, ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizm potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin icra olunması, eyni zamanda kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq memorandumu tərəflərdən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!