USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Braziliyanın xarici əlaqələr nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radionun məlumatına görə, dövlət başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib.

Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyib və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirib. Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlət başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirib. İnvestisiya layihələrinə toxunan prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyün vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirib. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu deyib və bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!