13/12/2017 07:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0181 0.0289 0.4327


Dövlət qurumları

Eksternat imtahanları keçiriləcək


15.11.2017   11:42


Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək. 

ASAN Radioya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanlarda iştirak üçün tələb olunan sənədlərin siyahısı və imtahan fənləri barədə əlavə məlumat veriləcək.

  




Xəbər lenti

12 Dekabr











ASAN Radio telefonunuzda
Facebook