USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov: Məntiqli danışıqlara başlanmasını biz artıq tələb edirik

ASAN Radio xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloysio Nunes Ferreira ilə birgə mətbuat konfransında deyib ki, sabah Moskvada 11:00 radələrində həmsədrlərlə görüşümüz olacaq. 19-20 noyabr tarixlərində rusiyalı həmkarım Azərbaycana rəsmi səfər edəcək. Müzakirə ediləcək məsələlər masanın üzərindədir.

Nazirin sözlərinə görə, Azərbaycanın mövqeyi bir neçə dəfə səsləndirilib:

"Biz danışıqların danışıqlar xatirinə olmamasını istəyirik. Məntiqli danışıqlara başlanmasını biz artıq tələb edirik. Azərbaycan və Ermənistan Prezidentlərinin 16 oktyabr tarixli Cenevrə görüşü ilə bağlı xarici işlər nazirləri və Minsk Qrupunun Həmsədrləri ilə Birgə Bəyanatı ilə tanışsınız. Bəyanatda da danışıqların intensiv şəkildə aparılması qeyd olunur. Danışıqlarda irəliləyişə nail olunması bizim əsas mövqeyimizdir. Münaqişənin həllinin artıq vaxtı çatmışdır. Danışıqların nəticəyönümlü olması artıq şərtdir. Məcburi köşkünlər öz doğma yurd-yuvalarına qayıtmalıdır, regionda sülh bərpa edilməlidir." 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!