USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetində bir günlük tələbə olmaq imkanı 

ADA Universiteti abituriyentlərə bir günlük tələbə olmaq imkanı verir.

ASAN Radio xəbər verir ki, “ADA” Universiteti 2018-2019-cu tədris ili üçün yeddi bakalavr (biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq müansibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər) və dörd magistr (diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarə edilməsi) ixtisası üzrə sənəd qəbuluna başlayıb.

Magistr pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən  aprelin 5-ə, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkədən olması “ADA”da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən yararlanmaq imkanı verir.  Təhsil müddətində tələbələr “ADA”-nın akademik tərəfdaşları olan dünyanın 50 universitetlərinin birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələbləri ilk kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda təcrübə qazanmağa yönləndirir. Bunun nəticəsi olaraq Universitet məzunları arasında məşğulluq göstəricisi 89%-dir.

“ADA”-da təhsillə maraqlananların Universitetlə bilavasitə tanış olması üçün  “ADA”-nın Tələbə Qəbulu üzrə şöbəsi silsilə tədbirlər keçirir. Ənənəvi Açıq Qapı günləri, məlumat sessiyaları ilə yanaşı Universitet 4-cü kurs tələbələri və  10-11-ci sinif şagirdlərinə bir günlük tələbə olmaq şansı verir. “ADA-da Bir Gün”  kampaniyası çərçivəsində onlar universitetin bakalavr və ya magistr tələbəsini müşaiət edib onun bir gününü “yaşaya” bilir.  Bundan əlavə, Bakının digər ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq çərçivəsində ADA-nın müəllim heyətinin mühazirələri təşkil olunur.

Tələbə Qəbulu üzrə şöbənin direktoru Günay Ziyadovanın sözlərinə görə, ADA-da ali təhsil almaq tədris proqramı və təlim üsulları dünyanın digər aparıcı universitetlərindən geri qalmayan bir mühitdə oxumaq deməkdir: “Xüsusilə də, magistr proqramları tələbələrin  əvvəlki akademik təhsil sahəsini nəzərə almadığına görə, bu, tamamilə yeni bir sahəni öyrənməklə karyera imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Magistr proqramları axşam saatlarında tədris edildiyi üçün, tələbələrimiz işdən ayrılmayaraq oxuya bilirlər.”

“ADA” Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistr pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavr proqrmalarına qəbul isə iki yolla- Dövlət İmtahan Mərkəzinin müvafiq qrup üzrə imtahanları və ya SAT imtahanı nəticəsinə əsasən aparılır.  İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştirak etməyə dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə “ADA” Universiteti tərəfindən təhsil haqqına güzəştlər təklif edilir. Maraqlananlar “ADA” Universitetinin veb səhifəsinə (ada.edu.az) daxil olaraq elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə [email protected] ünvanına müraciət edə bilərlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!