USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Akademik Əşrəf Hüseynovun 110 illiyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

ASAN Radionun məlumatına görə, sərəncamda deyilir:

2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur. 

Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən və riyazi biliklərə dərindən yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislər nəsli formalaşdıran alimin çoxsaylı yetirmələri mənsub olduqları elmi məktəbin nailiyyətlərini layiqincə davam etdirmişlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elmi qarşısında mühüm xidmətlərini və yüksəkixtisaslı kadrların hazırlanması işində səmərəli fəaliyyətini nəzərə alaraq, akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!