USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb. 

ASAN Radio nazirliyə istinadən xəbər verir ki, iki il müddətində ərsəyə gələn “Səyyah Sindibad” adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. Operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.  

Multikultural layihə olan rok-operada dünya klassiklərinin şeirlərindən nümunələr, ingilis, italyan, çex dilində mətnlər və eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeirləri də yer alıb.

Operanın müəllifi Rizvan Sədirxanov yeni əsərin öz marağının bəhrəsi olduğunu bildirib: “Hələ 40 il əvvəl əsərin ilk variantını dostum Azad Hacıyevlə işləmişdim. Həmin dövrdə 25 dəqiqəlik əsər populyar olmuşdu. Hətta ona caz variasiyalar da etmişdilər. Çox xoş oldu ki, cənab nazir Əbülfəs Qarayevin təklifi ilə bu əsərin geniş və daha dolğun variantının hazırlanmasına göstəriş verildi. Ümid edirəm ki, əsər tamaşaya qoyulandan sonra ictimaiyyət və musiqisevərlər tərəfindən daha maraqla qarşılanacaq”.

“Səyyah Sindibad”da tanınmış ifaçılar yer alıb. Əsərdə Mikayıl Rəfiyev (Sindibad), Gülşən İbadova (Zöhrə), Emil Minyaşev (Qoruyucu mələk), Rizvan Sədirxanov (Bosman) çıxış edirlər. Həmçinin tanınmış musiqiçilər Azər Rza, Cavid Səmədov, Şamil Kərimov, Yuliya Motorina, Mila Rzayeva, İsmayıl Yakubov, İlham Nəzərov, Nərgiz Əlizadə, Ədalət Şükürov və digərləri də rok-operanı ifa edirlər.

Operanın musiqi prodüseri Emil Minyaşev, rəssamı Marina Kuznetsovadır. Ariyaların mətnləri Leyla Əliyeva, Azad Hacıyev, Rafael Hüseynov, Alessandro Milani, İosef Sladek, Şəmsi Qacar, Nikolay Qumelyova və başqalarına məxsusdur. 

Bir saat 40 dəqiqəlik əsər Azərbaycan musiqisində yenilikdir. Çünki burada musiqinin bütün janrları yer alıb. 

Rok-operanın 2018-ci ildə səhnələşdirilməsi nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!