Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı möhtəşəm layihəsi davam edir.
ASAN Radio xəbər verir ki, noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirilib. Konsertdə “Bayatı Qacar” və “Şahnaz” muğamları səslənib.
“Bayatı Qacar” muğamını xanəndələr Respublikanın Əməkdar müəllimi Qəzənfər Abbasov və Əməkdar artist Nuriyyə Hüseynova ifa ediblər.
Sonra isə Əməkdar müəllim Qəzənfər Abbasov tələbələri, V Muğam Televiziya Müsabiqəsinin laureatı Ülviyyə Məmmədzadə və VI Muğam Televiziya Müsabiqəsinin laureatı Nüsabə Kərimova ilə birlikdə “Şahnaz” muğamını səsləndiriblər.
Gecədə xanəndələri İlhamiz İsmayılov (tar), Bayram Əliyev (kamança), İdris Tağıyev(balaban),Elnur Əliyev (nağara) müşayiət ediblər.
Xanəndələrin “Bayatı Qacar” və “Şahnaz” muğamları ilə bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
İnformasiya dəstəyi-“Mədəniyyət” kanalı,Azərbaycan radiosu,”AzərTac”,”Baku” jurnalı,Trend.Az.,Milli.Az.
Noyabrın 29–da Beynəlxalq Muğam Mərkəzində “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”səslənəcək.
Biletləri şəhərimizin kassalarından, ”ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə edə bilərsiniz.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!